Bəzi futbolçular Kriştiano Ronaldo kimi gözəl qızlarla vaxt keçirməyi sevsə də, bir çoxu artıq evlənib, ailə sahibi olub. Bəzi futbolçuların həyat yoldaşları isə özləri qədər diqqət mərkəzindədirlər. Dünyanın bir çox məşhur futbolçusunun həyat yoldaşları özləri qədər tanınmış şəxslərdir.

 Minval.info dünyaca məşhur futbolçuların tanına xanımlarının siyahısını təqdim edir:

Məşhur müğənni Şakira Jerar Pikenin həyat yoldaşıdır. Cütlük 8 ildir bir yerdədir. 41 yaşlı Şakira və 31 yaşlı Pikenin bu nikahdan 2 övladı var.

Keçmiş futbolçu Devid Bekhem “Spice Girls” qrupunun solisti, dizayner Viktoriya Bekhemlə ailəlidir.

Rusiya milli komandasının müdafiəçisi Sergey İqnaşeviçin həyat yoldaşı tanınmış jurnalist Natali İqnaşeviçdir.

Argentinalı gözəl model Antonella Rokusso futbolçu Lionel Messi ilə ailəlidir. Messi və Rokusso 10 illik münasibətdən sonra 2017-ci ildə nikah masasına oturub.