“Zinəddin Zidan və Zlatko Daliçə təşəkkür edirəm. Onlar hər ikisi qalibdir”.

Qol.az-ın məlumatına görə, bu sözləri ilin ən baş yaxşı məşqçisi seçilən Fransa yığmasının çalışdırıcısı Didye Deşam “BBC”yə açıqlamasında deyib.

O, FİFA-nın sorğusunda bu mükafata layiq görüldüyü üçün futbolçularına borclu olduğunu bildirib: “Futbolçularımız olmasa, biz heç kimik. Onlara minnətdaram ki, məni bu yerə gətirmək üçün inadla çalışdılar”.

Xatırladaq ki, Fransa millisi bu yay Rusiyada keçirilən dünya çempionatının qalibi olub.