“Yuventus” klubu tarixində 34-cü dəfə, həmçinin ardıcıl 7-ci dəfə futbol üzrə İtaliya çempionu adını qazanıb.

Minval.info xəbər verir ki, Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub.

XXVII turda səfərdə “Roma” ilə qolsuz heç-heçə edən “Qoca Sinyora” xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.

“Yuventus”un ən yaxın izləyicisi “Napoli” səfərdə “Sampdoriya”nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı ilə yenib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri düşüb.

Nəticədə “ağ-qaralar” son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran “Roma” isə bürünc medal qazanma şanslarını son tura saxlayıb.