PSJ Nqola Kanteyə görə 100 milyon sterlinq ödəməyə hazırdır.

Minval.İnfo xəbər verir ki, “TheSun”-a görə fransız klubunun bu ilki əsas transfer hədəfi Nqola Kantedir.

Xəbərdə həftəsinə 100.000 sterlinq qazanan Nqolanın fransız klubunda 220.000 sterlinq qazanacağı bildirilib.

PSJ bu transferdə bir neçə oyunçusundan da istifadə edə bilər. Kante transferində qarşı tərəfə puldan əlavə Adrien Rabiot da təklif oluna bilər.

Bu transferin alınması ilk olaraq “Çelsi” klubunun Tanquy Ndombele transferini bitirməsindən asılıdır.

Minval.İnfo