Fransanın Lion şəhərinin mərkəzində partlayış olub, yaralıların olduğu bildirilir.

İnsident Belkur meydanı yaxınlığında baş verib. Partlayışa nəyin səbəb olduğu məlum deyil.

“Le Parisien” 6 nəfərin yaralandığını bildirib. Onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, hadisə içərisi mıx, vint və digər metal qırıntıları ilə doldurulmuş əldəqayırma qurğunun partlaması nəticəsində baş verib.(oxu.az)