Fransada yerləşən Le Perthus qəsəbəsi bir neçə ildir ki, əhalidən vergi almır. Buna səbəb isə buradakı qeyri-adi vəziyyətdir.

Belə ki, burada maşınlarını saxlayıb İspaniya sərhədlərinə keçərək ərzaq alan insanların təkcə ödədikləri dayanacaq pulu qəsəbəni varı etməyə bəs edib.

Minval.İnfo xəbər verir ki, dayanacaq pulu qəsəbəyə ildə 1 milyon dollardan çox gəlir gətirir. Bu səbəbdən də hökümət buranın əhalisindən vergi almağı dayandırıb.

Qeyd edək ki, qəsəbənin bəzi hissələrində yolun bir üzü Fransa olduğu halda digər üzü İspaniya torpaqlarıdır.