Fransa məhkəməsi hicablı olduğu üçün ona xidmət göztərməkdən imtina edən poçtalyonu haqsız hesab etdi.

Fransanın Albi əyalətində hicablı olduğu üçün ona xidmət göstərməkdən imtina edən poçtalyonu məhkəmə ayrımcılıqda günahlandırıb. Baxmayaraq ki, poçt işçisi özünü müdafiə etmək üçün həmin qadınının terrorist olmasını söyləyib, lakin bu sözləri onu cəzadan azad etməyib.

Minval.info bildirilir ki, irqçilik, ayrımçılıq etməkdə günahlandırılan poçt işçisinə cəza kəsilib. Bunun qarşılığı olaraq, günahlandırlan poçtalyon 9 min avro ödəməklə cəzadan qurtula bilər. Poçt idarəsinin rəhbərliyinə də bu cür məsuliyyətsizliyə göz yumduqlarına görə cərimə müəyyənləşib.

Poçt işçisinin bu hərəkəti insan haqları məhkəməsi tərəfindən etirazla qarşılanıb.

Minval.info