ABŞ “Taliban”la razılığa gəldi: Xarici qoşunlar Əfqanıstandan çıxarılacaq Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan vilayətində silahlı qarşıdurmalar zamanı “Taliban” hərəkatının azı 25 üzvü, eyni zamanda digər ölkələrdən olan dörd silahlı məhv edilib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Khaama Press” agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

“Qarşıdurmalar bazar günü gecə Curm rayonunda baş verib. Atışmalarda 25 “Taliban” döyüşçüsü, o cümlədən 4 əcnəbi öldürülüb, daha 11 nəfər yaralanıb”, – deyə mənbə bildirib.

Həmin əcnəbilərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmır. Təhlükəsizlik qüvvələri və dinc sakinlər arasında ölü və ya yaralılar haqda da məlumat verilməyib.