Floyddan Həbibə yeni mesajlar

Amerikalı boksçu Floyd Meyvezer ona meydan oxuyan Həbib Nurməhəmmədova yeni mesaj göndərib.

“Ölkə.Az” xəbər verir ki, Floyd döyüşə hazır olduğunu qeyd edib.

Həbibin Makqreqoru nakaut etdiyi ilə bağlı sözlərinə Meyvezer belə cavab verib: “Mən özüm özümün rəhbəriyəm. Həbib nə düşünür bilmirəm, amma mən döyüşə hazıram. Eşitdim ki, Həbib mənim Makqreqoru nakaut edə bilmədiyimi deyirmiş. Olsun da, Həbib, demək ki, sən mənim artıqlarımla döyüşürsən”.

İkilinin matçı hələ baş tutmayıb, lakin böyük qarşılaşmanın 2019-cu ilin il aylarında gerçəkləşəcəyi gözlənilir.

Minval.İnfo