Azərbaycanda fiziki məhdudiyyətli insanların çıxış etdiyi yeganə inklüziv teatr olan “Əsa” teatrı haqqında sənədli film çəkilib.

Minval.info xəbər verir ki, filmin ilk nümayişi ilə hələ ötən il “CinemaPlus” Kinoteatrlar Şəbəkəsi “AzerNewMedia”-nın dəstəyi ilə keçirilsə də, geniş tamaşaçı kütləsinə təqdim edilməmişdi.

Ötən il keçirilən “Qızıl Pəri”, Kino və Televiziya üzrə Milli Peşə Mükafatı “Ən yaxşı sənədli film” nominasiyasında beş nominantdan biri olan “Döngə”ni artıq intertnet vasitəsilə izləmək mümkündür. Qeyd edək ki, filmin əsas süjet xətti fiziki məhdudiyyətli aktyorların öz həyat hekayələrini danışması üzərində qurulub. Filmin ssenari müəllifi və quruuşçu rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru Yusif Şəfiyev, prodüseri Tamerlan Hüseynovdur.

Minval.info