Rusiyada keçirilən 21-ci Dünya Çempionatının FİFA səfiri Viktoriya Lopırevaya qadağa qoyulub.

Minval.İnfo xəbər verir ki, Rusiya Futbol Federasiyası cazibədar səfirə ölkəsindəki matçları tribunadan izləmək qadağan edib.

Buna səbəb isə səfirin keçmiş həyat yoldaşı, Rusiya millisinin üzvü Fedor Smolovun kefinin pozulması göstərilib. Futbolçunun əhvalının performansına mənfi təsir edə biləcəyini düşünən federasiya səfirdən Rusiyanın matçlarına gəlməməsini istəyib.

Misir matçından öncə keçmiş həyat yoldaşı ilə görüşən və imzalı formasını alan Viktoriya artıq milli matçları tribunadan izləyə bilməyəcək.

Daha öncə “Mançester Yunayted”, “Paris Sen-Jermen” komandalarını da ziyarət edən Lopıreva 2003-cü ildə Rusiya gözəli seçilib. O, 3 il evli qaldıqdan sonra milli futbolçudan boşanıb.

2018 Dünya Çempionatının püşkatma mərasimində iştirak edən cazibədar model gözəlliyi ilə diqqət çəkmiş və maraq dairəsi olmuşdu. (publika.az)