Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı rayonunda “Mercedes” markalı mikroavtobusla “KamАz” markalı yük avtomobilinin toqquşması barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumat görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mikroavtobusda olan 7 nəfərin meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.