Sabiq vergilər naziri Fazil Məmmədovun ölməsi ilə bağlı yaydığı məlumat doğru deyil. Bu barədə Musavat.com-a xəbər onun qohumlarından daxil olub.

Bildirilir ki, bu çaşqınlığa səbəb başqa bir vəzifəli şəxsin vəfat etməsidir. Belə ki, Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişən general Şükür Məmmədovdur. Onun vəfat etməsi xəbəri xəstəxanada təlaş yaradıb və kənar müşahidəçilər həmin xəstəxanada müalicə alan Fazil Məməddovun vəfat etdiyini düşünüblər. Beləcə, xəbər ildırım sürətilə sosial şəbəkələrdə yayılıb.