“Qalatasaray”futbol klubunun baş məşqçisi Fatih Terim “Fiorentina” ilə matçdan dərhal sonra əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytında yazılıb. Terim uzun müddətdir narahatlıq yaşadığı bel yırtığından və dar kanaldan əməliyyat edilib. Əməliyyat “Liv Hospital”da Mustafa Kamal Hamamcıoğlu tərəfindən gerçəkləşdirilib.

Hazırda baş məşqçinin müalicəsi davam etdirilir.