Xalq artisti Faiq Ağayev “Stop” verilişinin qonağı olub.

Minval.info-nun məlumatına görə, sənətçi əməkdar artisti Röya Ayxan ilə küsülü olsa da, qarşı tərəfin barışıq addımını qəbul edib:

“Röya mənim düşmənim deyil. O, ən uğurlu həmkarlarımdan birisidir. Bu yaxınlarda konsert keçirtdi, səmimi qəlbdən təbrik edirəm. Hansı düşmənçilikdən söhbət gedər? Mən ilk günündən Röyanın yanında olmuşam, Röyaya dəstək göstərmişəm.

Röya mənim klipimdə çəkilib vaxtikən, düzdür, işıq üzü görmədi sonradan o klip. Röya mənim konsertlərimə gəlib, münasibətlərimizdə hansısa problemin ucunu belə görə bilmirəm”.

“Faiq Ağayevin övladı onun qanuni övladıdır, yoxsa nikahdan kənar övladı” sualına ifaçı növbəti sualı verməyini bildirib.