ABŞ-ın Las Veqas şəhərində fəaliyyət göstərən fahişəxana Beynəlxaq Xokkey Liqasında mübarizə aparan Veqas Golden Knights-ın çempion olacağı halda bütün komandaya pulsuz xidmət edəcəkləri sözünü verib. Bəli, söhbət komanda üzvlərinə özəl cinsi əlaqə partisindən gedir.

Minval.info xəbər verir ki, oyunçular VİP qonaq qismində həmin müəssisələrə gələ biləcəklər. Buz xokkey komandası qalib gələcəyi halda ölkəyə minlərlə turistin gəlişi gözlənilir. Bu isə fahişəxanalara əlavə müştəri və gəlir ifadə edir.

Fahişəxananın sahibi, Dena adlı xanım “Onlar qazansa, hamımız qazanarıq. Zəfəri birlikdə qeyd etmək onlar üçün edə biləcəyimiz ən balaca şeydir” sözlərini deyib.

Minval.info