Belçikanın paytaxtı Brusseldə seks işçiləri tətil keçirirlər.

Minval.info xəbər verir, həftənin bazarertəsi paytaxtıda bir seks işçisi bıçaqlanaraq öldürülüb.

Afrika əsilli qadının qatilləri hələ də tapılmayıb. Fahişələr isə buna bu cinayətlərin qarşısının alınması üçün etiraz məqsədilə tətilə başlayıblar.

Brusselin şimalındakı bütün əxlaqsızlıq yuvalarının qırmızı işıqları söndürülüb, qadınlar isə işə çıxmayıb. Tətili təşkil edən “Utopsi” dərnəyi bu cür tətil faktlarının tarixdə az yaşandığını bildirib. Dərnəyin rəhbərləri yaxın günlərdə hökumətlə danışıqlara başlayacaq.

Onların əsas tələbi qatilin tapılması və seks işçilərinə qarşı zorakılıq hallarına son qoyulmasıdır.