“Facebook” sosial şəbəkəsinin keçmiş moderatoru Selena Skola məhkəmədə iddia qaldırıb.

Oxu.Az xəbər verir ki, buna səbəb S. Skolanın “yüksək toksikli” şəkillərə baxması üzündən psixi xəstəliyə düçar olmasıdır.

Keçmiş menecer “Facebook” şirkətini iş yerində təhlükəsizlik qaydalarına əməl etməməkdə günahlandırır.

Məlum olub ki, Skola “Facebook”da işləyərkən zorakılıq səhnələrinin yer aldığı minlərlə şəkil, video və canlı yayıma tamaşa etməli olub.

Məhkəmə iddiasında qeyd olunur ki, Skola soyuq otaqda olarkən, kompüter mausuna toxunarkən, televiziya ilə zorakılıq səhnələri izləyərkən stressə düşür.

İddiaçı şirkətdən tibbi monitorinq fondunu yaratmağı tələb edir. Şirkət isə bu tələbi hazırda nəzərdən keçirdiyini bəyan edib.

Minval.İnfo