“Facebook” şirkəti böyük həcmdə istifadəçi məlumatlarına sahib ola biləcək tətbiqləri analiz edib və onlardan 200-nün fəaliyyətini dayandırıb.

Minval.info Technote-yə istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti İme Arxibonq bildirib.

Məlumata görə, həmin tətbiqlər istifadəçi məlumatlarının sızdırılması hadisəsinin istintaqı bitənə qədər deaktiv edilib.

Hansısa tətbiqin istifadəçi məlumatlarından sui-istifadə etməsi müəyyənləşdirilsə, onun fəaliyyəti sosial şəbəkə daxilində məhdudlaşdırılacaq və tətbiqdən istifadə etmiş şəxslər təhlükəsizlik baxımından bu barədə məlumatlandırılacaqlar.

Minval.info