Deputat əhaliyə təbii qazdan istifadəyə görə tətbiq edilən limitin aradan qaldırlmasını təklif edib.

“Ölkə.Az” xəbər verir  ki, belə bir təkliflə  deputat Fəzail Ağamalı parlamentdə hökumətin hesabtının müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə,  əhali arasında qaz limitinin az olmasından ciddi narazıçılıqlara səbəb olur:

“Təklif edirəm ki, hökumət əhalinin bu narahatçılığını nəzərə alıb,  istifadəçilərin təbii qaza tətbiq edilən limitin aradan qaldırılması və ya dəyişdirilməsi ilə  bağlı məsələyə Tarif Şurası tərəfindən baxılsın.  Digər ölkələrdə müxtəlif formalar var. Məsələn, gecə və gündüz. Yəni gecə bir  qiymət, gündüz isə fərqli qiymət tətbiq olunur. Ümumiyyətlə bu narahatedəici məsələ  həllini tapmalıdır və hökumət gələcək fəaliyyətində bunu nəzərə almalıdır”.