Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra incəsənət nümayəndəsi fəxri ada layiq görülüb.

Onların sırasında uzun illərdir bu sahədə olan müğənni Könül Kərimova isə “Əməkdar artist” adına layiq görülüb.

Təəssüratlarını Oxu.Az-la bölüşən Əməkdar artist göz yaşlarını saxlaya bilməyib:

“Çox sevinirəm. Prezidentimizə məni bu ada layiq gördüyü üçün təşəkkür edirəm. Hazırda danışmaqda çətinlik çəkirəm. Hər kəsə təşəkkür edirəm”.