Fələstin Rumıniya, Macarıstan, Çexiya və Avstriyadakı səfirlərini geri çağırıb.

Minval.İnfo Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Xarici İşlər Nazirliyindən informasiya yayılıb.

Ötən gün Fələstin ABŞ-dakı səfirini də geri çağırmışdı.

Xatırladaq ki, Rumıniya, Çexiya və Macarıstan Qüdsdəki ABŞ səfirliyinin açılışı mərasiminə nümayəndə göndərmişdi.