“Mənə zəng edib telefonda ağlamaq istəyirdi”.

Minval.info xəbər verir ki, bunu ARB TV-nin “Kimi tapdın sən?” verilişinin qonaq olan Şakir Nəsibov deyib.

Şakir Nəsibov ona müxtəlif ölkələrdən zənglər gəldiyini bildirib:

“Rusiyadan, Qazaxıstandan, Türkiyədən zənglər gəlir. Dünən Moskvadan zəng ediblər. Gecə 3-ün yarısı zəng vururlar. Pis çıxmasın, telefonum bütün günü “zaryadka”dadı. Zəng edib deyirər ki, “bir dənə səsini eşidim də”. Qızlar, oğlanlar… 4-ün yarısı zəng edirlər. Səhər açıldı, yığdım, dedim qardaş kimsən sən? Sanki ağlamaq istəyirdi, “yata bilmirəm, bir dənə səsivi eşidim, “fəhlələrüyüy” de”.

Qeyd edək ki, sosial şəbəkələrdə “Fəhlələrüyüy” sözü ilə məşhurlaşan Şakir Nəsibov artıq bir müddətdir ki, sosial medianın fenomeninə çevrilib.