İngiltərədə inşaatda çalışan fəhlələrə şortik geyinmək qadağası qoyulub, onlar da qarşılığında fərqli addım atıblar.

Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə təhlükəsizlik səbəbi ilə fəhlələrə şortik geyinmək qadağan edilib. Açıq havada çalışan inşaat işçiləri isə temperaturun yüksək olduğu günlərdə istiyə dözmək üçün başqa çarə tapıblar.

Gender bərabərliyi qanununu əsas götürən fəhlələr ətək geyinməyə başlayıblar. 20 ildir fəhlə kimi çalışan 45 yaşlı Berded Simon “bir səhər bizə ayaqlarınızı bağlamalısınız” dedilər, hələ belə mənasız qanun görməmişdim” – deyərək, təəccübünü dilə gətirib.

Fəhlələr bu yolla həm daha rahat işləyirlər, həm də yeni qanuna etiazlarını bildirirlər.

Minval.info