Bakıda 41 yaşlı qadın itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, N. Abdullayev küçəsi ev 4/44 saylı ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Ağayeva Nazilə Tabiyyə qızı aprelin 30-da günorta saatlarında yaşadığı evdən çıxıb və bu günə qədər geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.