Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.

Minval.info Qafqazinfo-ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin daşını atıb.

O, xanımı ilə bir ildən artıqdır ki, ABŞ-da yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.

Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəy-gəlinlə şəkil çəkdirmək qadağan olunmuşdu.

Minval.info