Ermənistanın enerji sistemində qəza baş verib, telefon və internet kəsilib, insanlar metroda qalıbErmənistanın enerji sistemində qəza baş verib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarından Yerevanın enerji təchizatında problemlər yaşanır.

Şəhərdə telefon və internet fasilələrlə işləyir.

Yerevan metrosunda da problemlər yaranıb. Metropolitenin direktoru Qevorq Avetisyan sərnişinlərin təxliyə olunduğunu bildirib. Artıq 12 min sərnişinin təxliyə olunduğu bildirilir.

“Hazırda ölkənin enerji sistemində qəza baş verib. Yerevan İstilik Elektrik Stansiyası və Razdan İstilik Elektrik Stansiyasında 5-ci enerji bloku sönüb. Bütün ölkə üzrə enerji təminatında kəsintilərin olması mümkündür”, – deyə baş nazirin müavini Tiqran Avinyan “Facebook”da yazıb.