İrəvanda hüquq-mühafizə orqanlarının əməkdaşları eks-prezident Serj Sarksyanın baş nazir postuna seçilməsinə etiraz edən 228 nümayişçini saxlayıb.

Minval.info saytı “qafqazinfo”ya istinadla xəbər verir ki, polisin məlumatına görə aksiya rəhbəri, müxalif deputat Nikol Paşinyan, daha iki deputat Artur Mirzoyan və Sasun Mikayelyan da saxlanılanlar siyahısındadır.

Xatırladaq ki, bu gün səhər Nikol Paşinyan və baş nazir Serj Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.