Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Minval.İnfo-ya verilən xəbərdə qeyd olunub ki, Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib: “Amma bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil”.

Qeyd edək ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayan noyabrın 6-da bildirib ki, Azərbaycanla Ermənistanın Müdafiə nazirlikləri arasında əlaqə yaradılıb.