Ermənistan mətbuatında guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə yayılan məlumatla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildiriblər.

Minval.info Müdafiə Nazirliyinə istinadən bildirir ki, “Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”, – deyə məlumatda qeyd edilir.