Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı geniş material yayımlanıb.

Xarici İşlər Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib.

Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb.

Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.