Erməni sakin "ağ bayraq"la sərhədi keçməyə cəhd etdi

Ermənistan və Qazaxıstan vətəndaşı Verin Karmiraxpyur kəndi istiqamətində Azərbaycanla sərhədi keçməyə cəhd göstərib.

Minval.İnfo ordu.az-a istinadən xəbər verir ki, mayın 1-də Ermənistanın Tavuş vilayətinin sərhədyanı Verin Karmiraxpyur kənd sakini, 1975-ci il təvəllüdlü bir kişi öz köynəyini ağ bayraq əvəzi istifadə edərək, kənd istiqamətindəki Azərbaycanla sərhədi keçməyə cəhd göstərib.
Məlumata görə, onun bu cəhdinin qarşısı erməni əsgərləri tərəfindən alınıb. Saxlanılan şəxs, Verin Karmiraxpyur kəndində orta məktəbi əla bitirdikdən sonra Rusiyada hərbi məktəbə daxil olub. O, uzun müddət Qazaxıstanda yaşayıb. Onun hər iki ölkənin vətəndaşlığına sahib olduğu və Qazaxıstanda iki uşağının olduğu bildirilir. O, 1.5 ay əvvəl Verin Karmiraxpyur kəndində yaşayan anasının yanına geri qayıdıb.

Faktla bağlı, Ermənistan təhlükəsizlik xidməti və hərbi polis məşğuldur. 12 və ya 13 may tarixində qeyd edilən şəxs, Qazaxstana uçmağa cəhd edib. Lakin havalimanında aviabiletini cıraraq kəndə geri qayıdıb.