“Ermənistandakı “məxməri inqilab”dan sonra Azərbaycan silahlı qüvvələri hücuma keçərək əvvəllər neytral zonada yerləşən mövqeləri əl keçiriblər”.

Musavat.com xəbər verir ki, erməni hərbi eksperti Vahan Ambarsumyan yerli mətbuata verdiyi müsahibədə bu cümləni işlədib.

Onun sözlərinə görə, artıq bir sıra yaşayış məntəqələri və kommunikasiyalar Azərbaycan ordusunun atəş nəzarəti altındadır.
“Bu isə ön mövqelərdə vəziyyət gərginləşdiyi zaman Emərnistan tərəfdən əlavə silah təchizatı və ərzaq göndərilməsini çətinləşdirəcək”,-deyə V. Ambarsumyan qeyd edib.

Ambarsumyan Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirdikləri birgə hərbi təlimlərin onlar üçün əlavə gərginlik yaratdığını bildirərək qarşı tərəfin ərazidəki mövqelərini möhkəmləndirməsinə diqqət çəkib.

“Azərbaycan köhnə atəş məntəqələrini təmir edir və uzunmüddətli yeni infrastrukturlar quraraq orada öz ağır silahlarını yerləşidirir. Bütün bunlar ön xətdə müvəqqəti sakitliyə gətirib çıxarıb. Lakin bu gec partlayan bombanı daha çox xatırladır. Çünki azərbaycanlılar mövqelərini əlverişli vəziyyətə gətirmək və öz hərbi qulluqçularının həmin mövqləerdə uzun müddət qalması üçün irəli nöqtələri tutub”,-deyə erməni ekspert söyləyib.

Vahan Ambarsumyanın iddiasına görə, Azərbaycan qış vaxtı şaxta və mürəkkəb hava şəraiti ilə əlaqədar buraxdıqları həmin əraziləri çoxdan “özəlləşdiriblər”.

“Azərbaycan hələ də müharibəyə hazırlaşır və baş verən hər şey bunu göstərir”, – deyə V. Ambaarsumyan yekunda vurğulayıb.