“Göyçə gölündə yaranan situasiyadan birbaşa Ermənistan hökuməti məsuldur”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə erməni ekoloq, “Ekolur” təşkilatını rəhbəri İnqa Zarafyan bəyan edib.

İ. Zarafyan Göyçə gölü ilə bağlı problemlər haqqında uzun illər boyu danışıldığını, bu gün isə onun həll olunması üçün addımlar atılması gərəkdiyini ifadə edib.

“Gölün əsas problemi suyun həddən artıq aşağı səviyyəyə düşməsidir. Ümumi göstərici 1903,5-1905 hüdudunda olmalıdır ki, göl onu su yosunlarından və bataqlaşmadan qoruya biləcək təbəqəni qura bilsin. Biz artıq baş nazir Nikol Paşinyana məktub göndərərək xalqı Göyçənin problemləri üçün səfərbər etməyə çağırmışıq”,-deyə ekoloq bildirib.

İnqa Zarafyan göl ətrafındakı qeyri-qanuni tikililərə də diqqət çəkib. Onun sözlərinə görə, su səviyyəsinin 1905 metr olması halında 4729 tikinti qurğusu suyun altında qala bilər. Buna görə də obyekt sahibləri onun aşağı səviyyədə olmasında maraqlıdırlar.

Erməni ekspert Göyçənin bataqlıqlaşma prosesinin getdiyni vurğulayıb. O, gölün öz-özünü təmizlədiyi barədə söyləntilərin də yalan olduğunu, su yosunlarının sadəcə suyun altına bir müddət endikdən sonra yenidən qalxacağını deyib. “Hakimiyyət siyasi iradə nümayiş etdirib kompleks araşdırma aparmalı, xəritə işlərini sürətləndirməlidir. Bunsuz nə baş verdiyini bilmək mümkün deyil. Lakin bu gün parlamentdə Göyçə ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürlüsə də, heç bir əməli fəaliyyət həyata keçrilmir.”,-deyə İ. Zarafyan qeyd edib.

O, bir çox restoranlarda göldə tutulması yasaqlanan siqi balıqlarının verildiyini, lakin hakimiyyət strukturlarının buna göz yumduğunu söyləyib.

Qeyd edək ki, məhz Nikol Paşinyan hökuməti kənd təsərrüfatında suvarma apaırlması məqsədilə göldən əlavə su götürülməsi barədə qərar çıxarıb. Dünən isə Göyçə ətrafındakı obyekt sahibləri ekoloqlara etiraz olaraq yolu kəsiblər. Onlar gölün çirkllənməsi barədə informasiyaların yayılmamasını tələb ediblər.