Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.

Minval.info Qaynarinfo-ya istinadən xəbər verir ki, ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru Elnur Soltanov energetika nazirinin müavini təyin edilib.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektiv təqdim edilib.