Bir neçə il bundan əvvəl repçi Elşad Xose ilə qalmaqallı şəkildə boşanan aktrisa-rəqqasə Oksana Rəsulova instaqramda sevgilisi ilə əl-ələ çəkdirdiyi fotonu paylaşıb.  

Minval.info xəbər verir ki, o, şəklə belə şərh yazıb: “Nə yaxşı ki, varsan…Həyatimda və qəlbimdəsən…”

Qeyd edək ki, Oksana Rəsulova hamilədir, bu ilin avqust ayında ana olacaq.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elşad Xose də instaqramda sevgilisi ilə şəkil paylaşmış, daha sonra silmişdi.