Aparıcı Hüsniyə Məhərrəmova “VarYox” adlı layihənin qonağı olub.
Minval.info axşam.az-a istinadən xəbər verir ki, o, aparıcısı olduğu “V element” verilişi haqda açıqlama verib.
O, buraxılışlardan birinə qonaq olan reper Elşad Xosenin studiyanı tərk etməsindən söz açıb:
Elşad Xosedən hər zaman xoşum gəlib, dinlədiyim azərbaycanlı ifaçılardan biridir. Amma belə oldu. Sonra gedib öz səhifəsində bizi təhqir etdi. Mənə bir çox sözlər deyilmişdi. Onun yazdığı ifadəni hələ öz ünvanıma eşitməmişdim. Sağ ol, Elşad”.