Sosial şəbəkələrdə Əməkdar artist Elnarə Abdullayevanın ARB TV-nin “Səhər-səhər” proqramından olan görüntüləri yayılıb.

Minval.İnfo xəbər verir ki, ifaçı veriliş zamanı ailələrin dağılmasının səbəbkarının sosial şəbəkə və telefonlar olduğunu deyib.

Onun nitqi zamanı işlətdiyi “Telefonu Allah yaradıb” ifadəsi və fikirləri birmənalı qarşılanmayıb.

İstifadəçilər Abdullayevanı savadsızlıqda günahlandırıb və lağa qoyub.

Sənətçinin söylədiyi fikirləri təqdim edirik:

“Allah paltaryuyanı yaratdı ki, xanımlar rahat olsun. 20 il bundan öncə telefonlar çıxanda dedim ki, bu telefonlar o qədər ev dağıdacaq ki, görəcəksiniz. Mənə dedilər ki, XVI əsrdən gəlmisən. Bir neçə il keçdi.

Xəbərlərdə göstərdilər ki, ailələrin dağılmasında sosial şəbəkələr və telefonlar günahkardır. Bu telefonu Allah bizə göndərib ki, zəng edib “Ay filankəs, haradasan?” deyək”.