Xəbər verdiyimiz kimi, əməkdar artist Abbas Bağırov “Səhər-səhər” verilişinə qonaq olarkən qarşılaşdığı halda narazıçılığını bildirib.

Müğənni anonsun onun demədiyi sözlər əsasında hazırlandığından gileylənmiş və bir daha aparıcı Elgiz Əkbərin verilişinə, eləcə də ARB kanalına getməyəcəyini yazıb.

Axşam.az xəbər verir ki, Elgizin müğənniyə cavabı gecikməyib. O, Abbasın haqlı səbəbdən incidiyini bildirib:

“Abbas Bağırovun narazılığını xəbər portallarında gördüm. Abbas Bağırov dəyər verdiyim müğənnidir, ona böyük hörmətim var. Verilişdə də o, hörmətlə qarşılandı. Tamaşaçılar da bu proqramdan razı qalıb. Çünki mənə mesajlar yazırdılar… Anonsu yığan texniki heyətin məsuliyyətsiz yanaşması əsasında Abbas bizdən inciyib. Buna haqqı da var”.