Eldar Əzizov Atatürk parkında aparılan yenidənqurma işlərinin dayandırılmasının səbəbini açıqlayıbMinval.info // Eldar Əzizov Atatürk parkında aparılan yenidənqurma işlərinin dayandırılmasının səbəbini açıqlayıb

“Atatürk parkında da Prezidentin tapşırığı ilə yenidənqurma ilə bağlı böyük bir proses başladı. Amma sonra aydın oldu ki, parkın ortası ilə böyük bir boru keçir, sızma var”.

ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E.Əzizov deyib ki, “Azərsu” ASC tərəfindən bu problem həll ediləndən sonra işlər davam etdiriləcək: “Azərsu” ASC bu problemin aradan qaldırılması istiqamətində işlər görür”.