“Eurovision 2011” yarışmasının qalibi Eldar Qasımov Həmid Həmidovun qonağı olub.

Minval.İnfo oxu.az-a istinadən xəbər verir ki, müğənni “Поговорим?” adlı “Youtube” layihəsində bildirib ki, azərbaycanlı müğənniləri tanımağına peşman olub.

“Şou-biznesimizdən qaçıram. Çünki ancaq qalmaqaldan ibarətdir. Bizim müğənnilərin yaradıcılığı ilə maraqlanmır, mahnılarını dinləmirəm.

Kaş heç Azərbaycan şou-biznesinin nümayəndələri ilə tanış olmazdım. Uşaq vaxtı hər zaman müğənniləri müzakirə edirdik, onlarla bağlı xoş fikirlərim var idi. Amma tanıdıqdan sonra məyus oldum”, – deyə Eldar bildirib.