Özünü ekstrasens kimi təqdim edən və tez-tez televiziya məkanında qonaq olan Nadim Alixanov verdiyi proqnozla özünü biabır edib.

O, Kanal 13-ə 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı proqnozları verərkən İtaliya millisinin uğur qazanacağını bildirib.

Məsələ burasındadır ki, “Skuadra Adzurra” dünya çempionatına vəsiqə qazanmayıb. İtaliya yığması pley-off mərhələsində İsveçə uduzaraq, 1958-ci ildən bəri ilk dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb.

Minval.İnfo