Картинки по запросу Natiq CəfərliMəlum olduğu kimi, Prezident İlham Əliyevin “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə 10 min dollaradək olan problemli kreditlər məsələsi həllini tapdı.

Lakin bu fərmandan sonra məbləği 10 min dollardan yuxarı olan kredit borcları üçün də müəyyən addımların atılması gündəmə gəldi. Bir müddət öncə belə məlumatlar da yayıldı ki, fiziki şəxslərin problemli kreditlərinə dair kompensasiyalar tam ödənildikdən sonra hüquqi şəxslərlə bağlı da fərman veriləcək.

Bu məsələ hazırda əsas müzakirə mövzularından biridir. 2015-ci il devalvasiyalarından sonra sahibkarlara da xeyli dərəcədə ziyan dəyib.

İqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a danışarkən bir daha bu məsələni gündəmə gətirdi və 10 min dollardan yuxarı olan kredit borcları ilə bağlı da bənzərə qərarın verilməsini vacib hesab etdi.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.