Azərbaycan şou-biznesinin avropalı prodüseri Sultan Mustafayev şou-biznes əhlini dəli adlandırıb.

Minval.info xəbər verir ki, qalmaqallı prodüser Elçin Əlibəylinin “El bizim, sirr bizim” tok-şousunda şou-biznes əhlinin 95 faizinin dəli olduğunu söyləyib:

“Mən özüm bir psixoloqam. Şou-biznesdəki insanları əhliləşdirirəm. Onlar dəlidirlər. Çoxdurlar, adlarını çəkməkdən bezmişəm. Dəli olmasaydılar bu sənətdə nə gəzirdilər? Normal psixologiyası olan şou-biznesdə olmaz”.

Sultan hətta Səhiyyə Nazirliyinə müraciət də edib: “Etiraf edirəm ki, şou-biznesdəkilərin 95 faizi dəlidir. Mən buradan Səhiyyə Nazirliyinə müraciət edirəm, şou-biznes əhli üçün xüsusi dəlixana açılsın”.

Minval.info