“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində qonaqlar arasında mübahisə yaşanıb.

Minval.info xəbər verir ki, proqrama dəvət alan aparıcı Mələk  Heydərova ilə digər iştirakçılar kişilərin qazancı barədə müzakirələr edib.

M.Heydərova yüksək gəlir əldə edə bilməyən kişilərin fərəsətsiz olduğunu söyləyib

“Mənə deyirlər ki, kişilərin çox pul qazanmasını istəmək səhv fikirdir. Bu, zəiflərin bəhanəsidir. Hansılar kişilər ki, ev almağl, çox pul qazanmağı, qadına mükəmməl həyatı verməyi bacarmırlar… Belələri deyir ki, sən qadınsan, nəyə görə məndən belə şeylər istəyirsən?! Mən ev ala bilmirəm, kişi də bunu bacarmır. Onunla fərqim nədir? Evi əl-ələ verib birgə almaq məsələsi təzə dəbə düşüb. Başqa işlərdə bu, olmur. Məsələn, əyləncəyə, gecələr gəzməyə gedəndə bir yerdə getmirik. Qadından daha çox kişilərə azadlıq verilir”.

Qonaqlardan psixoloq İlahə Dəmirbəyli onun sözləri ilə razılaşmayıb və bildirib ki, hər kəs biznesmen ola bilməz:

“Hamı böyük pullar qazanmağı bacarmaz. İki universitet bitirən kişi 320 manat maaşla yaşayırsa, o, evlənməməlidir?”

Mələk xanım belə insanların fərasətsiz olduğunu bir daha qeyd edib. O, ölkədə yaxşı və böyük məbləğdə maaş təklif edən şirkətlərin fəaliyyət göstərdiyini söyləyib: “Mən mindən artıq maaş alıram, universitet də bitirməmişəm”.

Proqrama dəvət alan yazıçı İkinci Mahmud isə onun sözlərinə ironiya ilə cavab verərək “Mələk xanımın ağzı isti yerdədir” deyib.