“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində gərgin anlar yaşanıb.

Minval.info xəbər verir ki, proqramda “dəb və ya abırsızlıq” mövzusu ətrafında müzakirələr aparılıb.

Verilişə dəvət alan jurnalist Anar Vəziroğlu ilə gənc müğənni Nicat Niko arasında mübahisə yaşanıb. A.Vəziroğlunun ona söz ataması, aranı qızışdırıb:

“Tutaq ki, mən Nikodu nədir, ona “bu, abırsızlıqdır” dedim, o isə əksini söyləyəcək. Amma cəmiyyət tərəfindən…”

Nicat Niko isə bunun qarşılığında qonağı tanımadığını dilə gətirib və ona narazılığını bildirib.

Ardınca tərəflər arasında polemika yaşanıb.

Minval.info