“ATV”də yayımlanan “10-dan sonra” verilişinin qonağı qalmaqallı sözləri ilə yadda qalıb.

Minval.info xəbər verir ki, aparıcı Yusif Ağayevin verilişinə dəvət etdiyi müğənni İntiqam Kərimov toyda ifa edən sənətçilərə söz atıb.

Belə ki, Yusif məşhur ola bilmədiyi üçün müğənnini bir növ tənqid edib.

O isə toyda musiqi ifa etməyin əleyhinə olduğunu bildirib: “İstəmirəm toyda kimsə mənə yaxınlaşıb belə (videoda əks olunub) eləsin. Özümü alçalmış hiss edərəm. Ona görə də istəmirəm”.

Amma müğənninin bu sözləri həmkarlarının ürəyincə olmayacaq. Çünki əksər sənətçilər toylarda musiqi ifa etməklə qazanc əldə edirlər.

İ.Kərimov bəlkə də özü istəmədən növbəti qalmaqalın yaranmasına səbəb olacaq.

Minval.info