“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində qonaqlardan biri qalmaqallı sözlərə yol verib.

Minval.info xəbər verir ki, proqramda dəb haqqında müzakirələr zamanı estetik klinikanın sahibi Vüsal Həsənov kosmetoloqların bostanına daş atıb.

O, bu sahədə çalışanlar barədə kobud ifadələr səsləndirib: 

“Bir vaxtlar ərindən boşananlar müğənni olurdular, indi isə kosmetoloq”.

V.Həsənov eyni zamanda qeyd edib ki, bu sahədə çalışanların yanına gedərkən onlardan diplom tələb edilməlidir.

“Axı kosmetoloq insan bədəninə müdaxilə edir. Burada tibbi təhsil şərtdir. “Azərbaycanda bu sahədə ixtisas yoxdur” deməklə kifayətlənmək olmaz”.

Minval.info