“Birbaşa staudiyaya gələn şikayətçi xanımı yaşlı qadın biabır etdi”.

Minval.info xəbər verir ki, Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini danış” verilişində inanılmaz anlar yaşanıb.

Birləşmiş Dünya Azərbaycan Təşkilatının nümayəndəsi ekspert kimi verilişdə çıxış edib. Məlum olub ki, xanım 3 ailənin 12 otaqlı evinə rəsmi olaraq 27 min manat ödəyib. Amma evin əsl sahibinin bundan xəbəri olmayıb.

Ailələr iddia edir ki, Umuxanım Hüseynzadə saxta yolla sənəd əldə edərək evləri mənimsəyib. Qarşı tərəf də öz iddialarını irəli sürüb.

Verilişdən sonra efir kəsilməyib. Görüntülərdən də bəlli olur ki, xanıma nə təklif edilirsə o, istəkləri rədd edir. Ekspertlər təklif edib ki, ev satılsın və xanımın ödədiyi pulun iki misli xanıma verilsin. Ailələr razı olsa da, xanım yenə də razı olmayıb.

Baş verən anları olduğu kimi sizə təqdim edirik.

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 da Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır.