“Keçən turda Braziliyaya uduzmağı bu turda Fransaya uduzmaqdan üstün tuturam. Ən azından onlar futbol oynayırdılar”

Belçikalı futbolçular dünənki məğlubiyyədən sonra sərt çıxışlar edib.

Minval.İnfo xəbər verir ki,  “Çelsi” klubunun oyunçuları Eden Hazard və Tibo Kurtua oyundan sonra Fransa millisininin oyununu anti-futbol adlandırıb.

Matçdan sonra yerli mediaya müsahibə verən oyunçu bunları deyib:

“Belə oynamaq onların haqlarıdır, amma bu oyun gözə heç də xoş gəlmir. Keçən turda Braziliyaya uduzmağı bu turda Fransaya uduzmaqdan üstün tuturam. Ən azından onlar futbol oynayırdılar”

Kevin De Brune isə çıxışında bunları deyib:

“Fransanın oyununa acıqlandım? Xeyr, mən “Mançester Siti”-nin oyunçusuyam. 90 dəqiqə müdafiə olunan komandalara qarşı oynayıram”

Eden Hazard isə “Mən Belçika ilə uduzmağı belə Fransa ilə udmaqdan üstün tutardım” – deyib.

Tamerlan

Minval.info